Rusiya Qara Dəniz Donanmasının komandanı Ukraynada öldürüldü

  • By admin
  • 26 Sentyabr 2023 10:07
rus qara dəniz donanması

Rusiya Qara Dəniz Donanmasının qərargahına endirilən zərbə nəticəsində Rusiya Qara Dəniz Donanmasının komandanı Viktor Sokolov öldürülüb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri “Rusiyanın Qara Dəniz Donanmasının işğal olunmuş Sevastopoldakı qərargahının məğlubiyyəti nəticəsində 34 zabitin, o cümlədən Rusiya Qara Dəniz Donanmasının komandirinin həlak olduğunu” bildirib.

“Rusiya Qara Dəniz Donanmasının qərargahının məğlub edilməsindən sonra Rusiya Qara Dəniz Donanmasının komandiri də daxil olmaqla 34 zabit həlak olub. Daha 105 işğalçı yaralanıb. Qərargahın binasını bərpa etmək mümkün deyil”. – nazirliyin məlumatında deyilir.

Ukrayna xüsusi əməliyyat qüvvələri də sentyabrın 13-nə keçən gecə Minsk desant gəmisinə endirilən zərbələrlə bağlı yenilənmiş məlumat yayıb.

““Minsk” iri desant gəmisininn növbəti gün döyüş növbətçiliyinə getməli olduğunu nəzərə alsaq, şəxsi heyət gəmidə olub. 62 işğalçı qarşısıalınmaz itki verib”, – məlumatda deyilir.

Qeyd edək ki, Rusiya Qara Dəniz Donanmasının komandiri Viktor Sokolov bu vəzifəyə 2022-ci ilin avqustunda təyin edilib.

“Bu gün günortadan sonra Kiyev rejimi Sevastopol şəhərinə raket zərbəsi endirib. Raket hücumunu dəf edərkən, beş raket hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Hücum nəticəsində Qara Dəniz Donanmasının qərargahının tarixi binasına ziyan dəyib”, – Rusiya Müdafiə Nazirliyi öz növbəsində bildirib.

Nazirlik bir əsgərin itkin düşdüyünü qeyd edib.

Xatırladaq ki, Rusiya 2014-cü ildə Ukraynanın Krımı və Sevastopolu ilhaq edib.

Səid Əhmədli
Gununsesi.info