Rusiya Qara dənizdə yeni təlimlərə başlayır

  • By admin
  • 13 Fevral 2022 11:39

Rusiya Müdafiə Nazirliyi 30-dan çox hərbi gəminin təlimlər üçün Qara dənizə girdiyini açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, nazirlikdən verilən məlumatda bildirilir ki, planlaşdırılan təlimlər çərçivəsində Sevastopol və Novorossiysk limanlarından 30-dan çox hərbi gəmi Qara dənizə daxil olub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin yanvarın 20-də verdiyi açıqlamada Rusiya donanmasının yanvar və fevral aylarında “məsul olduğu” bütün bölgələrdə ardıcıl hərbi təlimlər keçirəcəyi bildirilib.

Sözügedən təlimlərə 140 gəmidən əlavə 60 təyyarə və 10 min əsgər də qatılacaq.

Gununsesi.info