Rusiya Qara dənizi minalayıb - Ukrayna XİN

  • By admin
  • 30 Mart 2022 09:33

Ukrayna Xarici İşlər Nazirliyi martın 26-28-də Türkiyə və Rumıniyada aşkar edilən dəniz minalarının Ukrayna Hərbi Dəniz Qüvvələrində qeydiyyata alınmadığını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yer alıb.

“Rusiya hərbi qüvvələri 2014-cü ildə Ukraynanın Sevastopol şəhərinin müvəqqəti işğalı zamanı ələ keçirdiyi dəniz minalarından istifadə edərək Ukraynanı qəsdən təxribata çəkməyə və nüfuzdan salmağa çalışır. Rusiya bütün Qara dənizdə, Azovda, eləcə də Qara dəniz boğazlarında dəniz minalarından qəsdən istifadə edir, hər şeydən əvvəl mülki nəqliyyat və insan həyatını təhdid altına alır”, – açıqlamada deyilir.

Gununsesi.info