Rusiya Qarabağ münaqişəsini çözməyə məhkumdur - Sabiq nazir

  • By admin
  • 14 Avqust 2016 12:30

fikret_yusifov_080515

“Rusiya Qarabağ münaqişəsini çözməyə məhkumdur”.

Gununsesi.info xəbər verir ki, bu fikri sabiq maliyyə naziri Fikrət Yusifov Moskvanın rəsmi Bakı ilə əlaqələrinin yeni müstəvidə qurması ilə bağlı mövqeyini açıqlayarkən deyib. Onun sözlərinə görə, Rusiya Azərbaycanla əlaqələrini daha yüksək səviyyədə qurmaq üçün ilk növbədə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yardım etməlidir. “Çünki bu problemin belə demək mümkünsə Moskvanın əlindədir”- deyə, o bildirib. F. Yusifov əlavə edib ki, Rusiya artıq regionda kimin kim olduğunu çox yaxşı bilir. “Aprel hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində böyük bir canlanma baş verdi. Bu canlanma hərbi uğursuzluğa düçar olmuş Ermənistanda az qala dövlət çevrilişi ilə nəticələnəcəkdi. Hələ ki, bunun baş verməyəcəyinə də heç kimin təminatı yoxdur. O, bir tərəfdən tarixi strateji müttəfiqi olan Ermənistanı itirmək istəmir, digər tərəfdən Azərbaycan kimi regionun ən qüdrətli bir dövləti ilə dostluğun nə demək olduğunu yaxşı anlayır. Rusiya siyasi dairələri də çox yaxşı başa düşürlər ki, artıq geriyə yol yoxdur. Bu səbəbdən də indi Rusiya sadəcə bu problemi çözməyə məhkumdur”-deyə, sabiq nazir vurğulayıb. Sabiq nazir onu da bildirib ki, Rusiyanın regiondakı təsir gücünü Qərb çox yaxşı bilir: “Buna görə də Qərb problemin məhz Rusiyanın vasitəçiliyilə həll edilmə imkanlarını dəyərləndirmək məcburiyyətindədir”.

Mürtəza

Gununsesi.info