Rusiya Qarabağdakı sülhməramlılarla bağlı QƏRAR VERDİ

  • By admin
  • 18 Noyabr 2020 12:36

Rusiya Federasiya Şurası Rusiya Silahlı Qüvvələrindən Dağlıq Qarabağda sülhməramlı missiyanı yerinə yetirmək üçün istifadə etmə qərarını qəbul edib.

Gununsesi.info RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Federasiya Şurasının çərşənbə günü keçirilən iclasında qərar qəbul olunub.

Bununla bağlı Prezident Vladimir Putin Federasiya Şurasına müvafiq müraciət edib. Konstitusiyaya görə, Federasiya Şurasının yurisdiksiyasına Rusiya Federasiyası Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazisi xaricində istifadəsi ehtimalı məsələsinin həlli daxildir.

Qeyd edək ki, Federasiya Şurası komitəsinin sədri Andrey Klişasın sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin Dağlıq Qarabağdakı sülhməramlı missiyasının bir hissəsi kimi istifadə edilməsi üçün Federasiya Şurasının icazəsi lazımdır: “Çünki bu, operativ hərbi vəziyyət deyil, bir neçə illik planlaşdırılmadır.

2009-cu il Federasiya Şurasının qərarına əsasən, Rusiya Federasiyası vətəndaşlarının xilas edilməsi ilə əlaqəli operativ hərbi vəziyyəti həll etmək və ya Rusiya hərbi birləşmələrinə qarşı bir təhlükənin qarşısını almaq üçün Rusiya Federasiyası Prezidentinin Federasiya Şurasının razılığını istəməsinə ehtiyac yoxdur. Ancaq bu vəziyyətdə siyasi razılaşmalar prosesi haqqında danışırıq. Rus qoşunları uzun müddət Rusiya xaricində olacaq, Federasiya Şurasının razılığı lazımdır”.

Gununsesi.info