Rusiya qırıcıları Ermənistanda hərbi təlimlərə başlayıb

  • By admin
  • 19 Aprel 2017 09:00

rusiya qiricilari

Rusiya Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə, ordu və qırıcı aviasiya bölmələri Ermənistanda dislokasiya olunmuş hərbi bazada təlimlərə başlayıblar.

Gununsesi.info-nun “Report”a istinadən verdiyi məlumata görə, bu barədə hərbi dairənin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev məlumat verib.

O, bildirib ki, təlimdə 500-ə yaxın hərbçi və 100-dən çox xüsusi hərbi texnika, o cümlədən Buk-M1-2, C-300V zenit-raket kompleksləri, “MiQ-29 qırıcıları, Erebuni hərbi bazasının Mi-24P və Mi-8MT vertolyotları iştirak edir.

Təlim iştirakçıları hərbi obyektləri daimi dislokasiya məntəqələrində saxlayacaq, mürəkkəb hava və yerüstü mühit şəraitində hava hədəflərini yaxalayacaqlar. Kamxud və Alagöz yüksək dağlıq ərazilərindəki poliqonlarda hərbçiləri zenit raket komplekslərinin qarşılıqlı hesablaşmaları ilə məşq edəcəklər. Zenitçilər həmçinin hədəflərə görə də elektron işləmələri yerinə yetirəcəklər.

Gununsesi.info