
Rusiyanın Suriyada yerləşən hərbi bazasına qarşı müxalif qüvvələr tərəfindən təşkil olunmuş hava hücumunda 10-dan çox əsgərin yaralandığı, 7 qırıcı təyyarənin məhv edildiyi iddia olunur.
Gununsesi.info xəbər verir ki, Rusiyanın Suriya əməliyyatları çərçivəsində yaşadığı ən ağır itkilərdən hesab olunan hücum nəticəsində hərbi texnikalar istifadəyə yararsız hala gətirilib.
Rusiyanın Müdafiə Nazirliyi baş vermiş hadisə zamanı 2 əsgərin öldüyünü açıqlasa da, 7 təyyarənin məhv edilməsi ilə bağlı xəbəri təkzib edib.
Gununsesi.info