
Rusiyanın Strateji Təyinatlı Raket Qoşunları çoxsaylı döyüş başlığı daşıya bilən “RS-24 Yars” tipli qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, çərşənbə axşamı, yerli vaxtla saat 10.40-da Arxangelsk vilayətində yerləşən Plesetsk Kosmik Bazasında yeni nəsil “RS-24 Yars” tipli qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib.
Kamçatka yarımadasındakı Kura hərbi-təlim mərkəzində hədəflərin Kamaçatka yarımadasındakı Kura hərbi-təlim mərkəzində hədəflərin müvəffəqiyyətlə vurulduğu deyilib.
Sınaqda əsas məqsədin sözügedən silahların etibarlılığını müəyyən etmək olduğu vurğulanıb.
Qeyd edək ki, çoxsaylı döyüş başlığı daşıya bilən “RS-24 Yars” tipli qitələrarası ballistik raketi 12 min km məsafədə bütün hədəfləri məhv etmək qabiliyyətinə malikdir. Qatı yanacaqla işləyən “RS-24 Yars” hazırda “Topol-M” qitələraras ballistik raketinin təkmilləşdirilmiş versiyasıdır.
Anar
Gununsesi.info