Rusiya qitələrarası ballistik raketini 2020-ci ildə test edəcək

  • By admin
  • 08 İyul 2019 19:28

Rusiya “RS-28 Sarmat” yeni qitələrarası ballistik raketini 2020-ci ildə test edəcək.

Gununsesi.org xəbər verir ki, bunu Rusiya Federal Kosmik Agentliyinin (Roscosmos) prezidenti Dmitri Roqozin deyib.

Prezident bildirib ki, kompleksin hazırlanmasının son mərhələsi 2020-ci ilin sonunda başa çatacaq.

“RS-28 Sarmat”ın alovlanma testləri davam edir. Bu testlərin böyük qismi ilin sonuna qədər tamamlanacaq. Gələn il testlərin bütün mərhələlərini bitirməyi ehtimal edirik”, – Roqozin bildirib.

Qeyd edək ki, “Arsenal Oteçestva” dərgisinin hərbi mütəxəssisi Aleksey Leonkov “Zvezda” nəşrinə müsahibəsində 10 ədəd “RS-28 Sarmat” raketinin ABŞ-ı yerlə yeksan etməyə bəs edəcəyini bildirmişdi.

Rus mənbələri raketin 16 min km mənzilə sahib olduğunu, 10-20 nüvə başlığı daşlya bildiyini, 7 km sürətlə hərəkət edə bildiyini deyir.

Gununsesi.org