Rusiya qoşunları bütün istiqamətlərdə Ukraynaya hücuma keçib

  • By admin
  • 26 Fevral 2022 20:43

Kiyev tərəfi danışıqlardan imtina etdikdən sonra bölmələr əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücuma keçmək əmri alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov brifinqdə bildirib.

“Ukrayna tərəfi danışıqlar prosesindən imtina etdikdən sonra bu gün bütün bölmələrə əməliyyat planına uyğun olaraq bütün istiqamətlərdə hücumu inkişaf etdirmək əmri verilib”, – Konaşenkov deyib.

 

 

Gununsesi.info