Rusiya qoşunları Dnepr çayının sağ sahilini tərk edir

“Rusiya Silahlı Qüvvələri plana uyğun olaraq öz birləşmələrini Dnepr çayının sağ sahilindən geri çəkir”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov deyib.

HTML tutorial

Məlumata görə, manevr Nikolayev-Krivoy Roq istiqamətində həyata keçirilir.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, ölkənin Xersondakı qoşunlarına Dnepr çayının sol sahilinə çəkilmək əmri verilib.

Gununsesi.info