Rusiya qoşunları Kiyevə bir az da yaxınlaşdı - Kliçko

  • By admin
  • 02 Mart 2022 16:18

“Düşmən qüvvələri paytaxta doğru yaxınlaşır”.

Gununsesi.info xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko bildirib.

“Rusiya qüvvələri gecələr Ağ kilsəni atəşə tutdular, Buçda və Qostomeldə döyüşlər davam etdi. Biz Kiyevin müdafiəsinə hazırlaşırıq və şəhəri müdafiə edəcəyik! Bütün kiyevliləri təmkinini itirməməyə çağırıram. Dezinformasiyalara inanmayın. Düşmən ukraynalıların inamını qırmaq üçün çoxlu yalanlar yayır. Yalnız rəsmi mənbələrə etibar edin!”, – deyə Kliçko qeyd edib.

Kiyev meri paytaxtın ayaqda qalacağına əminliyini ifadə edib: “Kiyev bizdədir və dayanacaq. Biz döyüşəcəyik!”

Gununsesi.info