Rusiya qoşunlarını Mariupoldan çıxarır

  • By admin
  • 29 Aprel 2022 12:33

Rusiya qoşunlarının bir hissəsini Mariupoldan çıxarmağa başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında bildirilib.

Pentaqonun məlumatına görə, Rusiyanın bəzi bölmələri Mariupolu tərk edərək şimal-qərbə doğru irəliləyir.

“Şəhər uğrunda döyüşlər davam edir. Müdafiə departamentinin rəsmisinin qeyd etdiyi kimi, Rusiya hərbçiləri Mariupola tam nəzarət etmir və buna görə də işğalçılar həm raket, həm də hava zərbələri endirməkdə davam edir. Əgər şəhər tamamilə alınıbsa, onu bombalamağa davam etməyə ehtiyac yoxdur” – məlumatda qeyd olunub.

Gununsesi.info