
“ABŞ Rusiya hərbçilərinin Ukrayna ilə sərhəddən çıxarılmasını hələ də hiss etməyib”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken İCTV-yə müsahibəsində deyib.
“Biz hələlik Rusiya qüvvələrinin Ukrayna ilə sərhəddən geri çəkilməsini müşahidə etmirik”, – deyə Blinken bildirib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi dünən Ukrayna yaxınlığında yerləşdirilən Rusiya hərbçilərinin bir hissəsinin öz bazalarına qayıtdıqlarını bildirmişdi.
Gununsesi.info