
Rusiya qüvvələrinin Ukraynanın Kiyev vilayətini gecə atəşə tutması nəticəsində 2 nəfər yaralanıb.
Gununsesi.info “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Qurumdan bildirilib ki, 11 yaşlı uşaq və 68 yaşlı kişi xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər.
Atışma nəticəsində fərdi yaşayış evləri, təsərrüfat binaları və mülki avtomobillərə ziyan dəyib. Hazırda prokurorluq və istintaq qrupları hadisə yerində işləyir.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
Gununsesi.info