Rusiya rəsmi olaraq bu beynəlxalq təşkilatdan çıxarıldı

  • By admin
  • 02 Mart 2024 13:58

Martın 1-dən Rusiya rəsmi olaraq ən qədim beynəlxalq təşkilatlardan biri – Dunayda naviqasiyanı tənzimləyən Dunay Komissiyasından çıxarılıb.

Gununsesi.info xəbər Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu barədə X sosial media platformasında məlumat verib.

Kuleba xatırladıb ki, Dunay Komissiyası 2023-cü ilin dekabrında – Ukraynanın ilk sədrliyi dövründə – 100 illik yubiley sessiyasında Rusiyanın hərəkətlərinin onun əsasında fəaliyyət göstərdiyi Belqrad Konvensiyasına uyğun gəlmədiyi barədə qərar qəbul edib.

“Rusiyanın fevralın 29-na kimi təşkilatdan təkbaşına çıxması lazım idi. Lakin təcavüzkarın buna cəsarəti çatmadı. Nəticədə bu gündən etibarən Komissiyaya üzv olan ölkələr əsas Belqrad Konvensiyasına uyğun olaraq, Rusiya qarşısında öhdəliklərini rəsmən tanımayacaqlar”, – nazir qeyd edib.

Kuleba əlavə edib ki, Dunay Komissiyası tarixində ilk dəfə olaraq, 2022-ci ilin martında Rusiyanı bu təşkilatdakı səlahiyyətlərindən məhrum etdikdən sonra töhfələri ödəmədiyinə görə ona cərimə kəsib.

“Mən bütün beynəlxalq təşkilatları bu nümunəyə əməl etməyə, rus diplomatlarını təcrid etməyə və Rusiyanı qovmağa çağırıram. Təcavüzkarlara və terrorçulara heç bir nüfuzlu beynəlxalq forumda yer yoxdur”, – deyə XİN rəhbəri bildirib.

Dunay Komissiyası beynəlxalq hökumətlərarası təşkilatdır və onun əsas məqsədləri Belqrad Konvensiyasının iştirakçısı olan dövlətlərin maraqlarına və suveren hüquqlarına uyğun olaraq bütün dövlətlərin bayraqları altında üzən ticarət gəmilərinin Dunayda sərbəst naviqasiyasını təmin etmək və inkişaf etdirməkdir.

 

Gununsesi.info