Rusiya rəsmi olaraq Türkiyədən pomidor idxalına icazə verib

  • By admin
  • 27 Oktyabr 2017 16:00

Rusiya rəsmi olaraq Türkiyədən pomidor idxalına icazə verib.

Gununsesi.info-nun apa-ya istinadən verdiyi məlumata görə, Rusiyanın baş naziri Dmitri Medvedev bu barədə qərar imzalayıb. Qərara əsasən Rusiya Kənd təsərrüfatı Nazirliyinin təsdiq etdiyi miqdarda Türkiyədən pomidor idxalına icazə verilir. 

“2016-cı ilin yanvarın 1-dən Rusiyaya idxalına qadağa qoyulan Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin icazə verdiyi həcmdə idxalına icazə verilir”, – deyə Rusiya hökumətinin saytında yerləşdirilən sənəddə qeyd olunub.   

Qeyd edək, Rusiya-Türkiyə hökumətlərarası komissiyasının həmsədri Aleksandr Novak daha əvvəl 50 min ton pomidorun idxalının hər iki ölkənin müvafiq qurumları tərəfindən razılaşdırıldığını və pprosesin noyabrın 1-dən başlana biləcəyini söyləyib. 

Gununsesi.info