Rusiya raket atdı: ölənlərin yeni sayı açıqlandı

Rusiyanın noyabrın 23-də Ukraynaya raket zərbələri 12 nəfərin ölümünə səbəb olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Denis Monastırski məlumat yayıb.

HTML tutorial

Daxili işlər naziri qeyd edib ki, Rusiya Ukraynanın hər yerində dinc əhaliyə kütləvi raket zərbələri endirməkdə davam edir:

“Bu gün çoxmərtəbəli binalara üç dəfə zərbə endirilib. Təəssüf ki, 12 nəfər həlak olub. Yalnız oktyabrın 10-dan noyabrın 23-dək rusiyalılar ərazilərimizə 600-ə yaxın raket hücumu həyata keçirib”.