
Rusiyada regionda vəziyyətin normallaşdırılması və iqtisadi əlaqələrin bərpası ilə bağlı Azərbaycan prezidentinin mövqeyini “yüksək” qiymətləndirirlər.
“Biz bu yanaşmanı tamamilə bölüşürük”, – Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov çərşənbə günü mətbuat konfransında bildirib.
Səfir əlavə edib ki, üçtərəfli işçi qrupu birgə infrastruktur təşəbbüslərinin parametrlərinin tezliklə başa çatdırılmasına və Cənubi Qafqazda nəqliyyat-logistika layihələrinin işə salınmasına tərəfdardır.
Gununsesi.info