“Rusiya regionda nizamlanma ilə bağlı Bakının mövqeyini alqışlayır” - SƏFİR

  • By admin
  • 26 Yanvar 2022 18:11

Rusiyada regionda vəziyyətin normallaşdırılması və iqtisadi əlaqələrin bərpası ilə bağlı Azərbaycan prezidentinin mövqeyini “yüksək” qiymətləndirirlər.

“Biz bu yanaşmanı tamamilə bölüşürük”, – Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov çərşənbə günü mətbuat konfransında bildirib.

Səfir əlavə edib ki, üçtərəfli işçi qrupu birgə infrastruktur təşəbbüslərinin parametrlərinin tezliklə başa çatdırılmasına və Cənubi Qafqazda nəqliyyat-logistika layihələrinin işə salınmasına tərəfdardır.

 

Gununsesi.info