Gələn həftə rublun dinamikasını iki mühüm hadisə müəyyən edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Maliyyə analitiki Vladislav Antonov agentliyə müsahibəsində rublun dinamikasını iki mühüm hadisə – Rusiyadakı prezident seçkiləri və Mərkəzi Bankın məzənnə ilə bağlı iclası müəyyən edəcək.
O xatırladıb ki, birinci amil artıq bazar tərəfindən nəzərə alınıb və siyasi sabitlik milli valyutaya əlavə dəstək verir.
Rusiya Bankı, çox güman ki, məzənnəni dəyişməz saxlayacaqr.
Bundan əlavə, bazar neftin qiymətlərinə nəzarət edəcək – əgər onlar 87,5 dollar/barelə yüksəlsə, artım davam edə bilər ki, bu da rubla əlavə dəstək verəcək.
“Yaxın həftədə dollar 90-93,3 rubl, avro 99,1-101,8 rubl, yuan 12,5-12,9 rubl diapazonunda qalacaq”, – analitik yekunlaşdırıb.
Gununsesi.info