Rusiya səfiri: “Azərbaycanda Böyük Vətən müharibəsi iştirakçılarına dövlət dəstək verir”

  • By admin
  • 11 İyun 2020 15:14

“Azərbaycanın faşizm üzərindəki qələbəyə töhfəsi hamıya məlumdur. Bu gün Azərbaycanda Böyük Vətən müharibəsinin iştirakçılarına dövlət böyük dəstək verir”.

Gununsesi.org xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya Günü münasibətilə keçirdiyi mətbuat konfransında bildirib.

“Hər il mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Qələbəni qazandıran qəhrəmanların xatirəsini şəxsən ehtiramla yad edir. Bu bayram respublikada dövlət statusuna malikdir. Bizim birgə keçmişimizə aid bu müqəddəs bayrama bu cür həssas münasibət başqa ölkələr üçün nümunə ola bilər”, –  dilpomat vurğulayıb.

Faşizm üzərindəki Qələbənin 75-ci ildönümü münasibətilə iyunun 24-də Moskva şəhərində hərbi parad keçiriləcəyini xatırladan səfir Azərbaycanda rus dilinə hörmət olduğunu da qeyd edib:

“Azərbaycanda rus dilinin necə sevildiyini, bu dili öyrənmək istəyənlərə ən yüksək səviyyədə dəstək verildiyini yaxşı bilirik. Buna görə rusiyalılar Azərbaycan rəhbərliyinə minnətdardır”.

 

 

Gununsesi.org