Rusiya səfiri Kanada XİN-ə çağırıldı 

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti”yə səfirin özü məlumat verib.

HTML tutorial

Səfirin XİN-ə çağırılmasının səbəbi açıqlanmayıb.

Kanadanın bir sıra KİV-ləri yazır ki, Oleq Stepanovun çağırışı Rusiya Federasiyasında LGBT təbliğatını qadağan edən qanunun qəbulundan sonra Rusiyanın Kanadadakı səfirliyinin “Twitter”dəki paylaşımı ilə bağlıdır. Belə ki, noyabrın 25-də Rusiya səfirliyi üzərindən qırmızı xətt çəkilmiş LGBT bayrağı olan fotoşəkil dərc edilib.

Gununsesi.info