“Rusiya səfirinin qətli kimlərin maraqlarına uyğun idi” sualı hələ çox səslənəcək” - Politoloq

  • By admin
  • 20 Dekabr 2016 12:17

Elxan Shahinoglu

“Rusiyanın Ankaradakı səfirinin öldürülməsiylə bağlı müxtəlif versiyalar səslənir. Dünəndən həm Rusiyanın, həm də Türkiyənın siyasi ekspertlərinin və siyasətçilərinin rəylərini izləyirəm. Bu rəylərdə üst-üstə düşən başlıca məqam ondan ibarətdir ki, terroru planlaşdıranların məqsədi Türkiyə-Rusiya münasibətlərini yenidən gərginləşdirmək olub. Türkiyə-Rusiya münasibətlərinin yenidən gərginləşməsində maraqlı olan dövlət və güclər bəllidir: ABŞ, Fətullah Gülən, PKK, YPG, PYD, DAİŞ”.

Gununsesi.info-nun məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ancaq bəlkə bunların heç birinin terrorçu ilə əlaqəsi olmayıb. İnsan amilini unutmaq lazım deyil.

“Məsələn polisdə işləyən Mert Altıntaş hər gün ölkəsinin televiziya kanalllarının xəbərlərində Hələbdəki dəhşəti, uşaqların qətlini, Rusiyanın bombardmanlarını və Ankarada Rusiya səfirliyi qarşısında etirazı izləyirdi. Beyin dözməyib, polisdə çalışsa da Mert Altıntaşında psixoloji pozğunluq əmələ gəlib və o qərara gəlib ki, intiqam almaq lazımdır və onun üçün ən əlçatan iş Rusiya səfirini öldürməkdir. Əlbəttə, mən iddia etmirəm ki, Mert Altıntaş təkbaşına plan qurub və arxasında heç bir güc yoxdur. Ancaq mənim yazdığım versiya da istisna deyil. Buna baxmayaraq, “Rusiya səfirinin qətli kimlərin maraqlarına uyğun idi” sualı hələ uzun müddət səslənəcək”-deyə, o, sonra qeyd edib.

Gununsesi.info