Əfqanıstanın paytaxtı Kabil şəhərinin Dar-ül-Aman bölgəsində partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Aamaj news” agentliyi məlumat yayıb.
Partlayış nəticəsində ölən və xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
Qeyd edək ki, Dar-ül-Aman küçəsində Rusiyanın Əfqanıstandakı səfirliyi yerləşir. “Taliban” hələlik partlayışla bağlı xəbərləri şərh etməyib.
Xatırladaq ki, sentyabrın əvvəlində Kabildə əfqanların vizaya müraciət etmək üçün növbəyə durduğu Rusiya səfirliyinin konsulluq bölməsinin girişi yaxınlığında partlayış baş verib. Nəticədə ikisi diplomatik nümayəndəliyin əməkdaşı olmaqla altı nəfər həlak olub.
Gununsesi.info