Rusiya səfirliyində təhükəsizlik xidməti gücləndirilmiş rejimə keçib - SƏFİR

  • By admin
  • 20 Dekabr 2016 16:47

doroxin

“Türkiyədə  Rusiyanın səfiri Andrey  Karlova qarşı törədilən sui-qəsd hadisəsindən sonra  Rusiyanın Azərbaycandakı səfirliyində də  təhlükəsizliyi artırmaq məqsədiylə gücləndirilmiş mühafizə sisteminə keçilib”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin deyib.

O, qeyd edib ki, Azərbaycanda da bu cür hadisələrin baş verməyəcəyinə inanır:

“İnanıram ki, Azərbaycanda mənim başıma belə hadisələr gəlməyəcək”- deyən səfir  göstərilən dəstəyə görə  Azərbaycah hökümətinə dərin təşəkkürünü bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info