
Rusiyanın Suriyadakı səfirliyi növbəti dəfə atəşə tutulub.
Gununsesi.info “rian.ru”- ya istinadən xəbər verir ki, atılan minalardan ikisi səfirlik kompleksinin həyətinə düşüb.
Minaları zərərsizləşdirmək üçün hadisə yerinə minazərərsizləşdirən mütəxəssislər cəlb edilib. Xoşbəxtlikdən administrativ binanın həyətinə düşən minalrdan biri partlamayıb.
Rusiya XİN hadisəyə kəskin reaksiya verərək bəyan edib ki, Dəməşqdəki diplomatik missiyanın atəşə tutulması lazımi hüquqi qiymətini almalı və terror təhdidi və çağırışlarının arxasında dayananlar hamı tərəfindən kəskin ittiham olunmlıdır.
Rusiyanın Dəməşqdəki səfirliyi bundan iki ay öncə oktyabr ayında atəşə tutulub və nəticədə səfirliyə ciddi ziyan dəyib.
Gununsesi.info