Rusiya şəhərlərinə hücumlar olacağı təqdirdə cavab veriləcək

“Bayden, Şolts və Makron geri dönməz nəticələrə gətirib çıxaracaq münaqişəni qızışdıra bilərlər, buna imkan verməmək lazımdır”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

O, Moskvada Rusiyaya Qərb silahları ilə endirilən zərbələrə cavab vermək üçün yetərli gücün olduğunu vurğulayıb.

Eyni zamanda, Volodin Rusiya şəhərlərinə hücumlara qarşı xəbərdarlıq edib: “Onlar dinc şəhərlərimizi vurmağı müzakirə edirlər və bunun onlara təsir etməyəcəyinə inanaraq bunu müzakirə edirlər. Bu səhvdir. Biz cavab verəcəyik”.

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukraynaya Rusiya ərazisinin dərinliklərinə raket zərbələri endirmək icazəsi vermək qərarına gəlsə, bunun nəticələri barədə xəbərdarlıq edib.

 

 

Gununsesi.info