Rusiyanın Dağıstan Respublikasının sərhəddində qaçaqmalçılıq edən azərbaycanlılar saxlanılıb.
Gununsesi.org xəbər verir ki, bu barədə Zoritabasarana.ru Dağıstan Sərhəd İdarəsinin mətbuat xidmətinə əsasən məlumat yayıb.
Məlumatda bildirilir ki, iki Azərbaycan vətəndaşı Rusiya ərazisinə öz ölkəsindən bir tona yaxın tütün qarışığı və kustar üsulla hazırlanmış məmulatlar keçirməyə çalışıblar.
Onlara məxsus avtomobilin yük hissəsinə baxış zamanı gizli keçirmək istədikləri məhsullar aşkar edilib.
Faktla bağlı hazırlanan material sərhəd idarəsinə təqdim ediləcək.