Rusiya sərhədi keçən xarici jurnalistləri axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna sərhədini keçərək Kursk vilayətinə keçən xarici jurnalistləri axtarışda olan şəxslər siyahısına əlavə edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, avqustun 6-da Ukrayna ordusunun sərhədi keçdiyi Rusiyanın Kursk bölgəsinə baş verənləri izləmək üçün daxil olan xarici jurnalistlərlə bağlı hüquqi proses davam edir.

Rusiya Daxili İşlər Nazirliyi əcnəbi jurnalistləri sərhədi qeyri-qanuni keçdiklərini əsas gətirərək “axtarış siyahısına” salıb.

Siyahıya əlavə edilən jurnalistlər ABŞ-ın CNN telekanalının beynəlxalq təhlükəsizlik üzrə müxbiri britaniyalı Nik Paton Uolş, ukraynalı müxbirlər Olesya Borovik, Natalya Naqornaya, Diana Butsko, İtaliyanın RAI telekanalından Stefani Battistini və alman yayımçısından Nikolas Saymon Konollidir.

İtaliyanın xarici işlər naziri Antonio Tajani sosial media hesabında Rusiyanın Romadakı səfirini RAI müxbiri Stefania Battistininin axtarışda olanlar siyahısına əlavə edilməsi qərarından təəccübləndiyini bildirmək üçün nazirliyə çağırdığını açıqlayıb.

Digər tərəfdən, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ötən ay Kursk bölgəsinə daxil olan bəzi xarici jurnalistlərə qarşı sərhədi qeyri-qanuni keçmələri səbəbi ilə cinayət işi açıldığını açıqlayıb.

Bildirilib ki, sərhədi qeyri-qanuni keçmək 5 ilə qədər həbs cəzası nəzərdə tutur.

 

 

Şəbnəm

Gununsesi.info