Rusiya sərhədləri bağlayır? - Duma üzvündən AÇIQLAMA

  • By admin
  • 07 Dekabr 2021 09:58

“Rusiyada yeni Omicron ştamının yaranması ilə əlaqədar əlavə məhdudlaşdırıcı tədbirlərin, o cümlədən sərhədlərin bağlanması tələb olunmur”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Səhiyyə Mühafizəsi Komitəsinin sədri Dmitri Xubezov “Rossiya-24” telekanalının efirində bildirib.

Rusiyada koronavirusa qarşı peyvəndləmənin sürətləndiyini vurğulayan komitə sədri deyib ki, yeni məhdudiyyətlərin tətbiqi, əslində heç bir məna kəsb etmir: “Hazırda hesab edirəm ki, artıq tətbiq edilənlərdən əlavə, heç bir əlavə tədbir tələb olunmur. Sərhədlərin də həmçinin, bağlanması tələb olunmur”.

Gununsesi.info