Bizim Səudiyyə Ərəbistanı kralı Əbdüləziz Səudun Moskvaya səfərindən əsas gözləntimiz iki ölkə arasında münasibətlərin inkişafıdır.
Gununsesi.info xarici mətbuata xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
“Bizim münasibətlərimizin potensialı indiki vəziyyətdən daha böyükdir. Biz dialoqumuzu inkişaf etdirmək istəyirik. Bu ölkə ərəb dünyasının liderlərindən biridir. Rusiya Ər-Riyadla Suriya və Yaxın Şərq məsələlərində dialoqu daha da artırmaq məsələsini dəstəkləyir”, – deyə o bildirib.
Gununsesi.info