Rusiya səfiri: “Bizi “Taliban” qoruyur”

  • By admin
  • 16 Avqust 2021 14:14

Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov bildirib ki, hazırda Kabildə yalnız Rusiya və Çinin səfirlikləri fəaliyyət göstərir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Rusiya 24” telekanalı məlumat yayıb.

Səfirin sözlərinə görə, paytaxtda vəziyyət sakitdir və diplomatik korpusunun nümayəndələri üçün heç bir təhlükə yoxdur. O, həmçinin Rusiya səfirliyinin taliblər tərəfindən mühafizə olunduğu diqqətə çatdırıb:

“Bizi qoruyan Əfqanıstan hərbçiləri getdi, indi bizi “Taliban” mühafizə edir”.