Rusiya səfirliyi açıqlama ilə Azərbaycan sərhədçilərinə TƏŞƏKKÜR etdi

  • By admin
  • 13 May 2020 16:12
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi Sergey Aqapov Rusiya vətəndaşlarının ölkəyə qaytmasında göstərdikləri köməkliyə görə hər iki dövlətin sərhədçilərinə təşəkkür edib.
Gununsesi.org report-a istinadən xəbər verir ki, S.Aqapov deyib: “Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd Nəzarəti İdarəsi əməkdaşlarına və “Samur” keçid məntəqəsindəki Azərbaycan sərhədçilərinə təşəkkür edirəm. Bu bizim ümumi işimizdir və ən əsası isə bir-birimizə həmişə kömək etməyə hazırıq”, – deyə S.Aqapov bildirib.
Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Huseynov isə “Report”un Rusiya bürosuna acıqlamasında bildirib ki, Azərbaycandan Rusiyaya kecən 500-dən çox rusiyalı artıq təlimatı üzrə yerləşdiriliblər.
E.Quseynov nəzərə çatdırıb ki, Azərbaycandan Rusiyaya keçənlər arasında valideynləri Rusiya Federasiyasında olan iki azyaşlı da olub.

Gununsesi.org