Rusiya Salaha viza verməyəcək - QICIQLANDIRAN TƏKLİF

  • By admin
  • 26 Aprel 2018 08:55

UFC versiyası üzrə yüngül çəkidə dünya çempionu Habib Nurmaqomed “Liverpul”un misirli futbolçusu Məhəmməd Salahın pərəstişkarlarını qıcıqlandıracaq təklif verib.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, MMA döyüşçüsü futbol üzrə dünya çempionatında Rusiya ilə eyni qrupda yer alan Misir millisinin əsas oyunçusu Salahın qarşısını almaq üçün yol göstərib. O, bunun üçün ən yaxşı variantın Salahı Rusiyaya buraxmamaq olduğunu deyib. Əlbəttə, o, bu haqda sosial şəbəkədə zarafatla status yazıb.

Qeyd edək ki, Rusiya DÇ-2018-də Uruqvay, Misir və Səudiyyə Ərəbistanı ilə eyni qrupda mübarizə aparacaq.

Gununsesi.info