Rusiya silahdan istifadə edən robot düzəltdi

  • By admin
  • 19 Aprel 2017 10:40

robot

Rusiya silahdan istifadə edən robot düzəldib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya texnologiya sahəsində böyük bir addım atıb.”Soyuq müharibə”dən sonra texnologiyadan silah kimi istifadə edən Rusiya indi də silah istifadə edə bilən robot hazırlayıb.

Bir neçə gün əvvəl Rusiyanın Baş nazirinin köməkçisi Dmitri Roqozin “FEDOR” adlı robotun hər iki əlində silah tutması və onu sərrast şəkildə istifadə etməsini əks etdirən video görüntüləri yayımlayıb. Roqozin bu robotla dünyaya mesaj vermək məqsədlərinin olmadığını da vurğulayıb.

Rusiya bu robotu 2021-ci ildə kosmosa göndərməyi planlaşdırır.

Nigar

Gununsesi.info