Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Türkiyəyə gedir

  • By admin
  • 16 Avqust 2017 14:14

rus_general_gerasimov

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi təcili Ankaraya gedir.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu verib.

Onun sözlərinə görə, Rusiya Silalı Qüvvələrinin Baş qərargah rəisi Valeryi Gerasimovla Ankarada Suriyanın İdlib bölgəsində yaranmış son durumu müzakirə ediləcək.

Çavuşoğlu onu da bəyan edib ki, Rusiya ABŞ-dan fərqli olaraq Türkiyənin YPG/PKK terrorçu təşkilatına qarşı mübarizəsini yaxşı qarşılayır və anlayır.

Gununsesi.info