Rusiya “Şimal axını” marşrutu üzrə Avropaya qaz nəqlini tamamilə dayandırdı

Rusiya sentyabrın 27-də “Şimal axını” əsas marşrutu üzrə Avropaya təbii qaz nəqlini tamamilə dayandırıb.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu istiqamətdə qaz nəqli zədələnmiş avadanlıqlar təmir olunduqdan sonra bərpa ediləcək.

Rusiyadan Ukraynaya, oradan isə Avropaya təbii qazın ötürülməsi davam edir. Ukraynanın “Soxranovka” qazpaylayıcı stansiyasından ixracat dayanıb. Ancaq “Sudja” stansiyasından sutkada 42,4 milyon kub metr qaz nəql edilir.

Gununsesi.info