Rusiya sülhməramlıları açıqladı: Qarabağdakı erməni terrorçular silahları təhvil verməyə başladılar

  • By admin-2
  • 23 Sentyabr 2023 09:41

Rusiya sülhməramlılarının Qarabağdakı missiyası erməni silahlı dəstələrinin silah və sursatlarını təhvil verməyə başladığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, Rusiya sülhməramlılarından verilən açıqlamada erməni silahlılarının rus əsgərlərinin nəzarəti altında silah və sursatlarını təhvil verməyə başladığı və mövqelərini tərk etdikləri bildirilib.

“Bu günə qədər 800-dən çox silah, qumbaraatan, minaatan, tank və zenit-raket kompleksi gətirilib”, – məlumatda deyilir.

Xatırladaq ki, Azərbaycan Ordusu konstitusiya quruluşunu bərqərar etmək məqsədi ilə sentyabrın 19-da Qarabağda local anti-terror əməliyyatına başlayıb.

Əməliyyat 24 saatdan sonra Qarabağdakı erməni terrorçularının silahlarını yerə qoymağa razı olması ilə başa çatıb.

Səid Əhmədli
Gununsesi.info