Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti azərbaycanlıların Qarabağda erməni mülki əhaliyə heç bir təzyiq göstərmədiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Rusiya sülhməramlı qüvvələrinin yaydığı açıqlamada Xankəndi şəhərində həyatın dinc davam etdiyi bildirilib.
“Azərbaycanlıların mülki əhaliyə heç bir təzyiqi yoxdur. Rusiya sülhməramlı qüvvələri şəhərdə patrul nəzarəti həyata keçirir”, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Azərbaycan Ordusu konstitusiya quruluşunun yaradılması məqsədilə sentyabrın 19-da Qarabağda lokal antiterror əməliyyatına başlayıb.
Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri təxminən 24 saat davam edən əməliyyatdan sonra silahlarını yerə qoyub.
Səid Əhmədli
Gununsesi.info