Rusiya Suriyada 210 silah növünü sınaqdan çıxarıb.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Andrey Kondraşovun “Putin” sənədli filmində bildirib.
S. Şoyqu Rusiya Silahlı Qüvvələrinin Suriya geniş təcrübə qazandığını qeyd edib: “Biz 210 silah növünü suriyalılarla birgə döyüş meydanında sınaqdan çıxardıq. Mən əminəm ki, gələcəkdə bu silahlarla döyüşənlər öz həyatlarını qorumuş olacaqlar”.
Gununsesi.info