

Rusiya Suriyada daimi Hərbi-Dəniz bazasını yerləşdirəcək.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov deyib.
Onun sözlərinə görə, Rusiyanın Hərbi-Dəniz Donanması Suriyanın Tartus şəhərində yerləşəcək.
Nazir müavininin sözlərinə görə, hazırda Hərbi-Dəniz Donanmasının maddi-texniki təminatını təmin edəcək məntəqənin yaradılması istiqamətində işlər gedir. Bu məqsədlə Tartusda mülki şəxslər iş görür. Rusiyaya məxsus hərbi birləşmə 1977-ci ildən fəaliyyət göstərir.
Qeyd edək ki, artıq bir həftə öncə Rusiya buraya C-300 raket kompleksini gətirib. Tartusdakı C-300 raket sistemi Rusiyanın hərbi personalı və gəmilərinin təhlükəsizliyini təmin edəcək.
Pankov deyib ki, artıq Rusiyaya məxsus hərbi bazasının daimi olaraq Tartusda yerləşdirilməsi məqsədi ilə imzalanacaq sənədlər hazırdır.

Gununsesi.info