Rusiya Dövlət Dumasında Suriyanın Tartus şəhərindəki Rus Hərbi-Dəniz Donanmasına məxsus bazadan hərbi gəmilərin çıxarılmasına aydınlıq gətirilib.
Gununsesi.info “İnterfax”a istinadən xəbər verir ki, bu barədə məlumat verən Dövlət Dumasının müdafiə məsələləri komitəsinin rəhbəri Vladimir Şamanov hərbi gəmilərin Tratusdan açıq sulardan çıxarılmasını təhlükəsizliyin təmin olunması ilə izah edib. “Burada qeyri-adi heç nə yoxdur və adi bir praktikadır. Hansısa limanlarda çoxsaylı gəmilərə hücum təhlükəsi gözləndiyindən, həmin ərazidən gəmilər uzaqlaşdırılır ki, bir bomba zərbəsi ilə birdən artıq gəmi məhv edilməsin. Bu düşünülmüş addımdır və qeyri-adi heç nə axtarmağa dəyməz”- V.Şamanov bildirib.
Qeyd edək ki, Rusiya Suriyanın Tartus limanındakı hərbi bazasında yerləşən hərbi gəmilərini və sualtı qayığını ABŞ-ın gözlənilən hücumundan qorumaq məsədi ilə hərbi bazadan çıxarıb.
Gununsesi.info