“Rusiya Suriyadakı müharibənin bitməsini istəmir” - ABŞ-DAN SƏRT İTTİHAM

  • By admin
  • 23 Fevral 2018 08:40

Rusiya Suriyadakı münaqişənin başa çatmasında maraqlı deyil və ABŞ-la bu sahədə əldə olunmuş razılaşmaları icra etmir.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

X.Nauert ABŞ və Rusiya prezidentlərinin 2017-ci ilin noyabrında Vyetnamdakı görüşünün yekunlarına dair bəyanatı xatırladıb. Bəyanatda prezidentlər Suriyadakı münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü və Cenevrə sülh prosesinə sadiq olduqlarını bəyan ediblər.

“Rusiyalılar bu öhdəlikləri öz üzərilərinə götürüblər, lakin icra etmirlər”, – deyə Xezer Nauert qeyd edib.

Gununsesi.info