Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

13 Dekabr 2017 - 11:06

“Rusiya Suriyadan gedə bilər, ancaq bizim işimiz bitmədi”- DÖVLƏT DEPARTAMENTİ

“Rusiya Suriyada missiyasının bitdiyini hesab edə bilər. Lakin bizim Suriyada işimiz bitmədi. “Biz” deyərkən mən ABŞ və bütün koalisiyanı nəzərdə tuturam”.

Gununsesi.info xəbər verir ki, bu fikri ABŞ Dövlət Departamentinin sözçüsü Heaze Nauert Putinin rus hərbçilərinin Suriyadan çəkiləcəyi ilə bağlı verdiyi bəyanatı şərh edərkən deyib.

Onun sözlərinə görə, bölgədə hələ də İŞİD-in əlində olan ərazilər var və bu yerlərdə təhlükəsizliyi, sabitliyi təmin etməyə ehtiyac var: “Əgər Rusiya Suriyadan çəkiləcəksə, bu, onun öz işidir, lakin biz müttəfiqlərimizlə bu ölkədə sabitliyi və təhlükəsizliyi təmin etmək üçün xidmətimizi davam etdirəcəyik”.

ABŞ-ın Bəşər Əsədin 2021-ci ilədək hakimiyyətdə qalmasına razılıq verməsi məsələsinə gəldikdə Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ Suriyanın gələcəyini Əsədlə görmür: “Bu, Suriya xalqının verəcəyi qərardan asılıdır”.

Gununsesi.info