
Rusiya Suriyaya S-300 zenit-raket kompleksi batareyası tədarük edib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, kompleksin vəzifəsi Suriyanın liman şəhəri Tartusda olan hərbi-dəniz bazası və Rusiya Hərbi Dəniz Qüvvələrinin sahil zonasında yerləşən operativ birləşmələrinə məxsus gəmilərin hava hücumundan qorumaqdır.
Konaşenkov Suriyada S-300 kompleksinin yerləşdirilməsinin nə üçün Qərbdə çaxnaşma yaratdığının anlaşılmaz olduğunu əlavə edib.
Gununsesi.info