Rusiya təbii qazın kranını bağladı

Moskvanın Ukraynaya müdaxiləsinə görə ona qarşı sanksiyalar ləğv olunmasa, Rusiyanın “Şimal axını 1” boru kəməri ilə Avropaya qaz nəqli tam bərpa olunmayacaq.

Gununsesi.info xəbər verir ki, bunu Kreml bəyan edib.

HTML tutorial

“Qazprom” daha əvvəl texniki nasazlıq səbəbindən “Şimal axını 1”də axınları dayandırdığını bildirsə də, yeni açıqlama ilə sanksiyalar qaldırılana qədər təbii qazın verilməyəcəyini açıqlayıb.

Avropanın ən böyük virtual ticarət platforması olan TTF indeksi üzrə oktyabr fyuçerslərinin qiyməti sentyabrın 2-də hər min kubmetr üçün 214,66 avro təşkil edib.

Gununsesi.info