
Rusiya Gimnastika Federasiyası idmançılarının beynəlxalq yarışlara qayıda biləcəyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Gimnastika Federasiyası öz idmançıları ilə yenidən beynəlxalq yarışlara çıxmağı qarşısına məqsəd qoyub.
Federasiyanın açıqlamasında bildirilir ki, Rusiya idmançılarının beynəlxalq yarışlarda tam iştirakını bərpa etmək üçün səylər davam etdirilir.
Bildirilib ki, Rusiya idmançıları qarşıdakı dövrdə batut gimnastikası üzrə dünya kuboku və batut gimnastikası üzrə dünya çempionatı kimi müxtəlif yarışlarda çıxış etməyi planlaşdırırlar.
Orxan