
Rusıya hökuməti təyyarə böhranından sonra Türkiyəyə çarter uçuşlarına qoyulan qadağanı ləğv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb. Agentliyin xəbərinə görə, Rusiyanın Baş naziri Dmitri Medvedev çarter uçuşlarına qoyulan qadağanın ləğv edilməsi barədə qərar imzalayıb. Rusiya Nazirlər Kabinetinin məlumatına görə, Türkiyəyə çarter reysi həyata keçirəcək aviaşirkətlərin uçuşlarda təhlükəsizliyini təmin etmək məqsədilə əlavə tədbirlər görülməsi tövsiyə edilib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin avqustun 9-da keçirdiyi görüşdə Türkiyəyə çarter səfərlərinin təkrar açılması məsələsi də gündəmə gəlmişdi.
Gununsesi.info