Rusiya təyyarə qəzasına görə Türkiyəyə komissiya göndərdi

  • By admin
  • 14 Avqust 2021 18:40

Rusiya Müdafiə Nazirliyi “Be-200” tipli amfibiya təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.

Gununsesi. info xəbər verir ki, bu barədə nazirlikdən jurnalistlərə məlumat verilib.

HTML tutorial

Bildirilib ki, nazirliyə məxsus təyyarə Türkiyənin Adana bölgəsində yanğınsöndürmə əməliyyatından sonra eniş zamanı qəzaya uğrayıb. Göyərtədə olan səkkiz nəfər həlak olub.

Təyyarədə beş nəfər Rusiya hərbçisi və üç nəfər Türkiyənin nümayəndəsi olub.

Rusiya Müdafiə Nazirliyinin komissiyası hadisənin səbəblərini araşdırmaq üçün Türkiyəyə yola düşüb.

Gununsesi. info